Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən karantin rejiminin qaydalarına uyğun olaraq fəaliyyətini davam etdirir.
yasamal.tv xəbər verir ki, yay aylarında ziyarətçilərin sayında artım müşəhidə olunur. Bura gələn bütün ziyarətçilərə erməni vandallarının törətdikləri vəhşilikləri haqqında ətraflı məlumat verilir. Kompleksin mətbuat katibi Abutalib Turabovun sözlərinə görə, kompleks eyni zamanda sosial şəbəkələr üzərindən də təbliğat işini davam etdirir. Belə ki, facebook, instagram, twitter səhifələrindən, youtube kanalından soyqırım həqiqətlərini əks etdirən məlumatlar izləyicilərə dörd dildə Azərbaycan, Rus, İngilis və ərəb dillərində təqdim olunur.
Qeyd edək ki, 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb.
2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışın ediblər.