“COVID pasportunun müddəti ilə bağlı dünyada 6 aya qədər müddət qoyulur”.
yasamal.tv xəbər verir ki, bunu APA-ya açıqlamasında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, bu müddətlə bağlı müzakirələr gedir: “Yaxın günlərdə dəqiq şəkildə ictimaiyyətə açıqlanacaq. Böyük ehtimalla bizdə də immun sertifikatının müddəti 6 ay ola bilər. Eyni zamanda vaksinasiya olunanlarda yaranmış immunitetin davamlılığının nə qədər olması ilə bağlı tədqiqatlar gedir. Tədqiqatların əksər hissəsinin sentyabra qədər yekunlaşmasını gözləyirik. Ondan sonra dəqiq biləcəyik ki, vaksinasiya nəticəsində yaranan immunitet nə qədər davam edir”.