XİN başçısı: “Ermənistana dəfələrlə mina məsələsi ilə bağlı əməkdaşlıq etməyi demişik”

15

“Biz Ermənistana mina məsələsi ilə bağlı əməkdaşlıq etməyi, məlumatları verməyi dəfələrlə demişik”.

yasamal.tv xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün qırğızıstanlı həmkarı Ruslan Kazakbayevlə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

“İki gün bundan öncə üç erməni mina partlamasının qurbanı olub. Onlar arasında ölən və yaralananlar var. Mina ermənilər və ya azərbaycanlılar arasında fərq qoymur. Bunun ağır nəticəsini hər kəs görəcək”, – o bildirib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin