Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tikinti sektoruna da vergi güzəştlərinin edilməsini təklif edib.
ASK-dan abc.az-a verilən məlumata görə, bu təklifi Konfederasiyanın tərkibində fəaliyyət göstərən “Tikinti müəssisələri ilə İş Komissiyası”nın iclası zamanı ASK-nın vitse-prezidenti Vüqar Abbasov səsləndirib.
V.Abbasov iclasda çıxış edərək tikinti sektoruna kredit güzəştlərinin də şamil edilməsini təklif edib.
O tikinti sektorunun iqtisadiyyatda lokomotiv rolu oynadığını və arxasınca çox sahələri apardığını vurğulayıb.
Məhz buna görə sektorun dayanmaması üçün ASK-nın vitse-prezidenti kreditləşmənin, xüsusən də güzəştli kreditlərin verilməsinin vacibliyini qeyd edib.