Frenk Sinatranın malikanəsi 4,25 milyon dollara satılır

13

Müğənni-aktyor Frenk Sinatranın ölümündən 24 il sonra Kaliforniyadakı dağ malikanəsi 4,25 (təxminən 7 milyon 225 min manat) milyon dollara satışa çıxarılıb.

yasamal.tv axşam.az-a idtinadən xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.

Koaçella vadisi üzərində yerləşən malikanədə 9 yataq, 12 vanna otağı var. Villada həmçinin böyük hovuz, vertolyot meydançası, tennis kortu, kitabxana, trenajor zalı və 20 avtomobilin park olunması üçün şərait var.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin