Sumqayıtda bədbəxt hadisə baş verib.
yasamal.tv-ın məlumatına görə, hadisə şəhərin Novxanı bağları yaşayış massivində qeydə alınıb. Belə ki, bağ evlərindən birində aparılan tikintidə usta işləyən 1966-cı il təvəllüdlü Süleymanov Yaşar Cümşüd oğlu hündürlükdən yıxılıb. Hadisə nəticəsində ağır xəsarətlər alan 55 yaşlı kişini xilas etmək mümkün olmayıb. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.