Deputat ağıllı sayğaclardan şikayətləndi

10

Milli Məclisin iclasında deputat Vahid Əhmədov ağıllı sayğaclardan şikayət edib.

yasamal.tv-ın məlumatına əsasən, deputat “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, ağıllı sayğacların göstəriciləri mexaniki sayğacların göstəriciləri ilə eynidir.

O, ağıllı sayğaclardan xeyli şikayət olduğunu da diqqətə çatdırıb.

“Yeni qanun layihəsində də ağıllı sayğac anlayışından bəhs edilir. Ümumiyyətlə, aydınlıq gətirilməlidir ki, köhnə sayğaclar dəyişdiriləcəkmi və ağıllı sayğaclar konkret necə olmalıdır?” -deyə V.Əhmədov əlavə edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin