Makrona şillə vuran şəxsin cəzası bəlli oldu

9


Fransa prezidenti Emmanuel Makrona şillə vuran Demyen Tarel adlı şəxsin cəzası məlum olub.

yasamal.tv xəbər verir ki, Valans məhkəməsi onun dörd ay müddətində azadlıqdan məhrum edilməsi barədə hökm verib.

Tarelin müdafiəçiləri 10 gün ərzində məhkəmə qərarından şikayət verə bilər.

Xatırladaq ki, insident prezidentin Drom regionuna səfəri zamanı baş verib. Belə ki, Makron yerli sakinlərə yaxınlaşaraq onlarla söhbət etməyə başlayıb. Bu zaman Damyen ona şillə vurub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin