Siyəzəndə maşın aşıb: Ölən var

11

Siyəzən rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

yasamal.tv məlumatına görə, qəza Siyəzən-Beşdam kənd yolunda qeydə alınıb.

Rayon sakini, 1995-ci il təvəllüdlü Ramazanov Kamil Ağaqulu oğlunun idarə etdiyi “Opel” markalı maşın qarşısına çıxan maneədən yayınmaq istəyərkən idarəetməni itirib. Aşan avtomobildə olan sərnişin, 1996-cı il təvəllüdlü Əhmədov Nicat Əhməd oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.(apa)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin