“İnter” yeni baş məşqçisini açıqladı

12

İtaliyanın “İnter” klubunun yeni baş məşqçisi müəyyənləşib.

yasamal.tv xəbər verir ki, komanda Simone İnzagiyə tapşırılıb.

45 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. O, bu postda mayın 26-da istefaya göndərilmiş Antonio Konteni əvəzləyib.

Qeyd edək ki, Simone İnzagi mayın 27-də “Latsio”dan ayrılıb. O, 2016-cı ildən paytaxt klubunda işləyib. “İnter” 2020/2021 mövsümündə A Seriyasının çempionu olub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin