“Heç vaxt ikinci dəfə evlənmərəm”

22

“7 ilə sənətimə yarım milyona yaxın pul xərcləmişəm. Söz və musiqini özüm yazdığım üçün çox olmayıb”.

yasamal.tv axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif “Üzə-düz” proqramında deyib. İfaçı yaradıcılığına son 7 ildə xərclədiyi məbləği açıqlayıb.

Murad daha sonra sosial şəbəkədə aktiv olan ifaçılardan söz açıb:

“Bəlkə də, “TikTok”, İnstaqram dönəmində çıxıb, meymunluq eləyib tutmaq olur.  Amma səni meymunluğuna görə çağıracaqlarmı? Axı səni ifana görə dəvət edirlər. Aktyor nəyə görə aktyordur? Rollarına görə. İfaçı nəyə görə ifaçıdır? Repertuarına görə. Ona görə qazanmaq üçün sosial aləmdə meymunluq etmək olmaz. Bəziləri deyir, “mənə şou-biznes deməyin”. Şou və biznes sözünə niyə belə diksinirsiz? Bizim təltifetmə geclərimizi “Oskar”la müqayisə edə bilərikmi? Yox! Bizim müğənnilərin konsertini Beyonsunku ilə müqayisə edə bilərikmi? Yox! Heç kimi qınamıram, industriya, avadanlıq, ortaya qoyulan pullar belədir”.

İfaçı son vaxtlar boşanmaların sayının çoxalmasından danışıb:

“Çünki insanlar daha az dözmək istəyir. İnsanlar daha çox karyera haqqında düşünmək istəyir. Keçmişdə ayağını qır otur, döz, şiddətə, qayınata, ər təzyiqinə, qayınana söyüşlərinə döz deyilirdi. Psixoloji cəhətdən qırıq, çat vermiş nəsillər yetişdirdik. Bəs, bunun nəyi yaxşıdır? İki insanda alınmırsa, ayrılmaq daha yaxşıdır. Düzdür, boşanma tərəfdarı deyiləm, övladlar da var.

Mənim üçün dost, karyera faktoru, yer kürəsində ailədən sonra gəlir. Ailə mənim vətənimdir. Ailəmin içində hüzur tapıram. Ölərəm ailəsiz. Mənfi enerjilərdən, təzyiqlərdən, dilə düşməkdən o qədər qorxuram. Həyat yoldaşım çox ciddi bir ailənin övladı idi. Mən də sənət dünyasından bir adam. Ona görə tərəddüdlərim var idi ki, görəsən bu iş alınarmı? Böyüklərinin böyüklüyüdür ki, ünsiyyət zamanı anladılar qarşılarındakı boş adam deyil. Elçilikdə heç bir problem yaşanmadı. Onun bütün qohumları Bakıda yaşayır, təkcə öz ata-anası İsveçdə. Anamgil gedib ailəsi ilə tanış oldular. Heç vaxt ikinci dəfə evlənmərəm. Belə qlobal məsələlərdə mən qədərə, qismətə inanmaram. Evlilik yalnız 1 dəfə”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin