Almaniyanın Nörünberq şəhərindəki “Medina” Türk İslam Muzeyi tərəfindən təşkil olunmuş “Çox Kültürlü Mədəniyyət Bir Gələcək” adı altında videokonfrans keçirilib.
yasamal.tv xəbər verir ki, videokonfransda bütövlükdə xalqların, eyni zamanda etnik az millətlərin qədim tarixini və ümumi xalqlar qaydaları, İslam dininin insanpərvərlik, sülhsevərliyinini qlobal dünya xalqlarına bəyan etməkdən bəhs edilib. Bu, Azərbaycanın millət sevərliyi ilə bu mədəniyyətə malik olduğunu sübut edir.
Konfransda iştirak edən millət vəkilləri Mədəniyyət komissiyasının üzvü Əziz Ələkbərli, Elşad Mirbəşir oğlu, Səbinə Xasayeva və Könül Nurullayeva da Azərbaycanın zəngin mədəniyyətə malik olduğunu, etnik millətlərin ölkəmizdə kök salıb, xalqımızla birlikdə Multikulturalizm və Tolerant bir xalq kimi yaşamağa davam etmələrindən bəhs edilib. Buna sübut olaraq Azərbaycanın müxtəlif ölkələrindən qaçqın düşmüş, Mesxesi və Axısxa Türklərinə Azərbaycan qucaq açıb, insanpərvərlik və sülhsevərliyini təsdiqləyib. Hər bir ölkənin böyük inkşafı onun mədəniyyətindən başlayır. Biz də bir Azərbaycan Türk İslam dövləti olaraq ölkəmizdəki millətlər arasında barışı sağlamaq insanlığa yararlı olmağı bacarmışıq. Azərbaycan bu cür tərənnüm edilir.
Avropa ölkələrində Nörünberq şəhərindəki ‘Medina’ Türk İslam Muzeyinin genel rəhbəri Cemalettin Özdemir Azərbaycanın qədim tarixi, milli mentaliteti, zəngin mədəniyyəti və milli geyimləri ilə ölkələr arasında ölkəmizi layiqincə tərənnüm edib. ‘Medina’ dərnəyindəki Türk İslam Muzeyində bayrağımız, milli geyimlərimiz xüsusilə Ulu Öndər Heydər Əliyevin rəsmi hər kəsi heyrətə gətirib. Konfransda Udin millətlərin nümayəndələri Robert Mobili ölkənin prezidenti İlham Əliyevin Alban kilsəsinin failiyyəti Udin xalqlarının yaşam tərzi və az xalqların güzaranı ilə yaxından maraqlandığını vurğulayıb.
Dadaş Əliyev Lahıc və Tat millətlərin daim Azərbaycan xalqının bir hissəsi olduğunu dilə gətirib. Hər bir vətəndaşın vicdanı tərbiyəsi, yaşadığı yurduna, dövlətinə, xalqına yararlı olmaqla ölçülür. Bu gün istər adi vətəndaş, istər ictimai fəal, istər səlahiyyətli dövlət məmurlarının üzərində xalqa, dövlətə layiqincə dəstək olmaq mədəniyyətimizi layiqincə təmsil etməkdir. Çünki alman vətəndaşı Cəmaləddin Özdemir kimi ləyaqətli şəxsiyyət Azərbaycanı özəlliklə ölkələr arasında tərənnüm edirsə, Türkiyədə Mübariz İbrahimov adına orta məktəb uşaqlarımıza, maddi və mənəvi dəstək göstərirsə demək ki, biz daha böyük caba göstərməliyik. Ramin Məmmədov – Milli Məclisin deputatı. Əntiqə Rəşid. Elnur Farzaliyev.