“Pandemiyadan əvvəl 12 toyun behini almışam”

11

Müğənni Kərim Abbasov hər kəsi peyvənd vurdurmağa səsləyib.

yasamal.tv xəbər verir ki, sənətçi bir ildən çoxdur toylarım olmamasından gileylənib.

“Nə məclislərdə yığışa, nə də doyunca əylənə bilirik. Hər kəs böyük ailələrin olduğu məclislər üçün darıxıb. Bunun üçün peyvənd etdirmək lazımdır” deyə, ifaçı paylaşımında yazıb.

İnstaqramda canlı yayıma girən Kərim 2 aya yaxındır Rusiyada işləməyə getdiyini bildirib:

“Ailəm üçün darıxıram. Eşitmişəm ki, toylara icazə veriləcək. Pandemiyadan əvvəl 12 toyun behini almışam”.(axsam.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin