Şuşa mədəniyyət və turizm məkanına çevriləcək – Nazir

10

Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı görüləcək işlərə dair fəaliyyət planı hazırlanır.

yasamal.tv-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

A.Kərimov bildirib ki, ən birinci məsələ mədəni-tarixi abidələrinin bərpası işləridir: “Bundan başlamalıyıq. Eyni zamanda, infrastrukturun bərpası işləri önəmlidir. Təbii ki, daha sonrakı məsələ əhalinin oraya qayıtması və adət-ənənələrimizin davam etdirilməsidir.

Ümumiyyətlə, fikirləşirik ki, Şuşanı bir mədəniyyət və turizm məkanına çevirək”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin