Kafedra müdiri koronavirusdan dünyasını dəyişdi

12

Bakı Mühəndislik Universitetinin Fizika kafedrasının müdiri Baba Qasımov koronavirusdan vəfat edib.

yasamal.tv xəbər verir ki, bu haqda universitetdən məlumat verilib. Mərhumun ötən gün dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Baba Musa oğlu Qasımov M.V. Lomonosov adına Moskva Dövlət Universitetini bitirib. Azərbaycan Dövlət Universitetində, Qafqaz Universitetində, Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Fizika-riyaziyyat üzrə elmlər namizədi olub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin