“Yaslarda cahil qadın mollalara rast gəlirik”

10

“Azərbaycanda din xadimlərinin seçilməsinə xüsusi diqqət yetirilməlidir. Bu proses ictimaiyyətin, tanınmış adamların iştirakı ilə baş tutmalıdır”.

yasamal.tv xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı parlamentdə deyib.

O, bu günlərdə Lerikdə mollanın qonşuluqda yaşayan qadını qətlə yetirməsi hadisəsini xatırladıb: “Elə din xadimləri seçilməlidir ki, bütövlükdə milli dəyərlərimizə, əxlaqımıza zidd olan hadisələr baş verməsin. O cümlədən, yas mərasimlərində də cahil qadın din xadimlərinə rast gəlirik. Hamı da məcburdur ki, yas məclisinin sahibinə hörmət etsin, sakit dursun. Ancaq dindən bixəbər məsələlərdən danışırlar”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin