Avropa İttifaqı (AB) və Böyük Britaniya ticarət və əməkdaşlıq müqaviləsini təsdiq edərək Krallığın ayrılması (Brexit) üçün bütün rəsmi işləri tamamlayıb.
yasamal.tv xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Sənəd mayın 1-i, Brüssel vaxtı ilə gecə yarısı (Bakı vaxtı ilə 02:00 – red.) qüvvəyə minib.
London və Brüsselin rüsumsuz və kvotasız ticarət əməliyyatlarına davam etməsinə icazə verən müvəqqəti razılaşma 1 yanvar – 30 aprel tarixlərində qüvvədə olub.
Aİ qeyd olunub ki, onlar Böyük Britaniyanı yaxşı qonşu, köhnə müttəfiq və vacib tərəfdaş kimi qiymətləndirirlər.