Azərbaycan kubokunda finalçılar müəyyənləşir

12

Bu gün futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

yasamal.tv xəbər verir ki, günün ilk matçında “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sumqayıt”ı qəbul edəcək. Komandalar arasında Sumqayıtda baş tutan ilk görüş qolsuz bərabərliklə bitib. “Qarabağ” finala yüksəlmək üçün ancaq qələbə qazanmalıdır. Ayxan Abbasovun rəhbərlik etdiyi “Sumqayıt”a isə istənilən qollu heç-heçə və qələbə sərf edir.

Yarımfinalın digər görüşündə “Zirə” “Keşlə”ni qəbul edəcək. Komandalar arasında “ASK Arena”da keçirilən ilk görüşdə “Zirə” 2:1 hesablı qələbə qazanıb.

Azərbaycan kuboku

Yarımfinalın cavab oyunları

29 aprel

Qarabağ – Sumqayıt

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov.

Tofiq Bəhramov adına Respublika Stadionu, 17:00.

İlk oyun – 0:0.

Zirə – Keşlə

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Rəşad Əhmədov.

Zirə İdman Kompleksinin stadionu, 20:00.

İlk oyun – 2:1.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin