“Parlamentin əsas funksiyalarından biri də təmsilçiliklə bağlıdır. Milli Məclisə seçilmiş deputatlar öz seçicilərinin maraqlarını təmsil və müdafiə etməlidir. Onlar seçildikləri dairələrdə fəal iş aparmalı, seçicilərlə daim təmasda olmalıdır”.
yasamal.tv-ın görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, insanları narahat edən məsələlərin Milli Məclisdə, eləcə də digər dövlət orqanları qarşısında qaldırılması deputatlar qarşısında qoyulan ən mühüm vəzifələrdən biridir:
“Bununla yanaşı, ictimai təşəbbüslər və çağırışlar qanun yaratma prosesində nəzərə alınmalıdır”.