Güləşçilərimiz Avropa çempionatını 3 medalla bitirdi

12

Azərbaycanın yunan-Roma güləşçisi Zamir Məhəmmədov Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
 
yasamal.tv xəbər verir ki, 97 kq-da mübarizə aparan idmançı Belarus təmsilçisi Nikalay Stadubla qarşılaşıb.
Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məhəmmədov medal şansını əldən verib.
67 kq-da çıxış edən Namaz Rüstəmov isə təsəlliverici qarşılaşmada Zaur Kabaloyevə (İtaliya) uduzub.
Qeyd edək ki, digər yunan-Roma güləşçilərindən Murad Bazarov (60 kq) və Tuncay Vəzirzadə (82 kq) 1/4 finalda, Xasay Həsənli (72 kq) isə 1/8 finalda uduzaraq, çıxışlarını başa vurub. Taleh Məmmədov (63 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) bürünc medal qazanıb.(fanat.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin