“Şuşa”, “Qarabağ”, “Karabakh is Azerbaijan” içkiləri beynəlxalq bazarlarda satışa çıxarılır

10

“Bundan sonra da istehsal etdiyimiz və Qarabağımızı tərənnüm edən yeni brendlərimizi dünya bazarlarına çıxaracağıq”.

yasamal.tv xəbər verir ki, bunu  Günel Məmmədhəsənova deyib.

Onun sözlərinə görə, artıq üç onilliyə yaxındır ki, “Naigin K Tovuz Baltiya” şirkəti “Made in Azerbaijan” markası ilə rəqabətə davamlı və keyfiyyətli məhsullarını beynəlxalq bazarlarda tanıdır, yüksək peşəkarlıqla satışını həyata keçirir və respublikamıza əlavə valyuta axınına şərait yaradır.  Bununla da dövlətimizin strateji hədəflərindən olan qeyri-neft sektorunun inkişafına da töhfə verir:

“Azərbaycanın özəl sektorda ən parlayan şirkətlərindən olan “Naigin K Tovuz Baltiya” şirkəti milli brendlərimiz olan “Qarabağ”, “Şuşa” kimi içkilərini ermənilərin və ermənipərəstlərin bütün təzyiqlərinə rəğmən illərdir ki, beynəlxalq bazarlara çəkinmədən məhz bu adlar altında çıxarır və bununla da “Qarabağ Azərbaycandır!” milli məfkurəmizə öz dəstəyini  göstərir. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin liderliyi ilə qələbə çaldığımız 44 günlük vətən müharibəsi regionumuzda yeni reallıqlar yaradıb. Bu reallıqları həm də milli maraqlarımızın dünyada təbliğini əsas amallarından hesab edən Azərbaycan şirkətləri üçün də böyük inkişaf perspektivləri vəd edir. Məhz “ Naigin K Tovuz Baltiya” da belə şirkətlərdəndir.

Şirkətimizin  sütunu olan peşəkar kollektivimiz  və rəhbərlik bundan sonra da Qarabağımızın Azərbaycanın dilbər guşəsi və tarixi vətən torpağı olmasının təbliğini davam etdirəcək. Biz bundan sonra da istehsal etdiyimiz və Qarabağımızı tərənnüm edən yeni brendlərimizi dünya bazarlarına çıxaracağıq. Bunun üçün böyük planlarımız, arzularımız və ən başlıcası, özümüzə borc bildiyimiz milli təəssübkeşliyimiz var. Bizim üçün əsas olan Qarabağlı Azərbaycanımıza xidmət etməkdir.

Hədəflərimizin, məqsədlərimizin və planlarımızın başında hər zaman olduğu kimi  milli ideallarımıza xidmət amalları dayanacaq. Çağırışımız dünyada yaşayan soydaşlarımızadır: Siz də “Şuşa”, “Qarabağ”, “Karabakh is Azerbaijan” və bu kimi milli brendlərimizin yaşadığınız ölkələrdə tanıdılmasına dəstək verin. Biz nə qədər bu yolda birlikdə çalışsaq, o qədər də güclü olacağıq. Gücümüzün və zəfərimizin birliyimizdən keçdiyinin ən bariz nümaunəsini şanlı Qarabağ zəfərimiz də sübut etdi. O qalibiyyət ki, adımızı, şanımızı, milli qeyrət və əyilməzlik simvolu olan qəhrəmanlığımızı tarixlərə əbədi olaraq yazdı”.

DİQQƏT!: Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz:

055-212-35-55 WHATSAPP

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin