“Amnesty International”: Edamların sayı xeyli azalıb

16

2020-ci ildə dünyada edamların sayı son on ilin ən aşağı həddində olub.

yasamal.tv-ın məlumatına görə, bu barədə “Amnesty International”ın hesabatında deyilir.

Sənədə görə, keçən il azı 483 nəfər edam edilib. 2019-cu ildə 657 belə hadisə barədə bildirilmişdi.

Qeyd edək ki, 2015-ci ildə rekord həddə – 1 634 edam qeydə alınıb.

Edamların minimum sayı ilk növbədə Səudiyyə Ərəbistanında həyata keçirilən ölüm hökmünün 85 faiz, İraqda isə yarıdan çox azalması ilə əlaqələndirilib.(oxu.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin