“Qarşıdakı aylarda pandemiyanı nəzarət altına ala bilərik”

11

“25-59 yaşlılarda koronavirusa yoluxma faizi qorxuducu şəkildə artır”.

yasamal.tv xəbər verir ki, bunu ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus deyib.

Baş direktorun sözlərinə görə, dünya qarşıdakı aylarda qlobal pandemiyanı nəzarət altına almaq imkanına malikdir:

“Qlobal qaynaqlar ədalətli və bərabər paylanılmalıdır. Əgər əlimizdəki vasitələri müntəzəm və bərabər şəkildə istifadə etsək, bu pandemiyanı aylar ərzində nəzarət altına ala bilərik”.

O bildirib ki, daha çox yoluxucu olan yeni mutasiyalar səbəbindən dünya miqyasında 25-59 yaşlılarda koronavirus yayılıb:

“Böyük ehtimalla, olduqca yoluxucu növlərin və yetkin yaşda olanların arasında artan sosial təmasın nəticəsi olaraq 25-lə 59 yaş arasındalə insanlarda infeksiyalar və xəstəxanaya yerləşdirilmə halları artır”.(qafqazinfo)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin