Avropa Super Liqasına bu şirkət sponsorluq edəcək

11

ABŞ-ın “JPMorgan Chase & Co” maliyyə şirkəti Avropa Super Liqasının ilk sponsoru olacaq.

yasamal.tv xəbər verir ki, şirkət Super Liqa ilə 23 illik əməkdaşlıq sazişi imzalayıb.

Sazişə əsasən, Super Liqanın fəaliyyət göstərəcəyi ilk ildə ABŞ bankı turnirə 4 milyard avro sərmayə yatıracaq. Bunun müqabilində isə şirkət turnirdə pay sahibi olacaq.

Qeyd edək ki, “JP Morgan” futbol aləminə yaxın olan maliyyə qurumlarından biridir. Hazırda “Manchester United”in icraçı direktoru Ed Vudvard keçmiş bank rəhbərlərindən biri olub. Ötən illərdə bank “Roma”, “İnter” və “Real” kimi klubların bir sıra layihələrini maliyyələşdirib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin