Evdən antikvar samovar oğurlayan şəxs tutuldu

10

Ağsu rayonunun mərkəzində yerləşən fərdi yaşayış evindən antikvar samovar və elektrik kabellərinin oğurlanması barədə rayon polis şöbəsinə müraciət daxil olub.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Eyvazov saxlanılıb.

Oğurladığı samovar onun yaşadığı ünvandan maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin