“Cənubi Qafqazın “Hiroşima”sı, Qarabağın Ağdam şəhəri 27 illik erməni işğalı zamanı tamamilə talan edilib və dağıdılıb”.
yasamal.tv xəbər verir ki, bunu Ukraynanın “Kiyev-Mohıla Akademiyası” Milli Universitetinin professoru Taras Kuzio tvitter səhifəsində yazıb.
“Əvvəllər işğal altında olmuş bu bölgədə indi nə pəncərə, nə qapı, nə də dam tapa bilməzsiniz”, – o deyib.
Xatırladaq ki, Taras Kuzio ADA Universitetinin aprelin 13-də təşkil etdiyi “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransında iştirak edib. (report)