Rusiyanın Sverdlovsk vilayətində koronavirus pandemyasına görə küçədə, ictimai yerlərdə və qapalı məkanlarda tibbi maska taxmaq məcburi olacaq.
Virtualaz.org xəbər verir ki, bu qaydanı pozanlar cərimlənəcək. Maskasız küçəyə çıxmamaq rejimi mayın 1-dən tətbiq olunacaq. Bu haqda vilayətin qubernatoru Yevgeni Kuyvaşev bildirib.
“İstənilən növ nəqliyyatda, qapalı məkanlarda ancaq maskalarda! Bu qeydə alınacaq. Mağazalarda, nəqliyyatda maskasız olanlar cərimə olunacaq”,-Kuyvaşev deyib. Qubernator cərimənin məbləğini açıqlamayıb.
Sverdlovsk vilayətində indiyədək 454 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb. Həmin bir nəfər azərbaycanlı sahibkardır və xəbər verdiyimiz kimi onun meyiti dəfn olunmaq üçün Azərbaycana yola salınıb.