Nuşirəvan Məhərrəmli vəzifəsindən ayrıldı

13

“Səlahiyyət müddətim başa çatdığı üçün Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvlüyündən çıxdım”.

yasamal.tv xəbər verir ki, bu sözləri Nuşirəvan Məhərrəmli Oxu.Az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Milli Televiziya və Radio Şurasına namizədlərlə bağlı qərar ölkə başçısının sərəncamına müvafiq olaraq təyin olunacaq.

Qeyd edək ki, N.Məhərrəmli 2003-cü ildən MTRŞ-nin üzvü olub. Eyni zamanda 2003-2020-ci illərdə şuranın sədri vəzifəsini icra edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin