Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronovirus pandemiyası səbəbindən Ramazanda karantin rejiminin sərtləşdiriləcəyini açıqlayıb.
yasamal.tv xəbər verir ki, bu barədə prezident Nazirlər Kabinetinin iclasından sonra məlumat verib.
O bildirib ki, həftəsonu küçəyə çıxma məhdudiyyəti 21:00-dan 05:00-dək Ramazan dövründə bütün əyalətlərdə tətbiq olunacaq.
Ötən il olduğu kimi, Ramazan ayında bütün ölkə ərazisində restoran və kafelər yalnız sifariş əsasında, 50 faiz həcmində və müəyyənləşdirilmiş qaydalar çərçivəsində xidmət göstərəcək. Türkiyədə imsaq və iftar təşkil edilməyəcək.