“Şimal axını-2” qaz kəmərinin tikintisi layihəsi bu il tamamlanacaq.
yasamal.tv-ın məlumatına görə, bunu Rusiyanın “Qazprom” şirkətinin İdarə Heyətinin sədri Viktor Zubkov deyib.
Onun sözlərinə görə, bu istiqamətdə işlər davam etdirilir və layihənin bitməsinə lap az qalıb. Layihə çərçivəsində işlərin 90-92%-i tamamlanıb.
Xatırladaq ki, “Şimal axını-2” layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur.(apa)