İbrahimoviç: “Buna layiq olduğum üçün millinin heyətindəyəm”

6

Zlatan İbrahimoviç İsveç millisinə qayıtmasından danışıb.
 
yasamal.tv fanat.az-a istinadən bildirir ki,  “Milan”ın 40 yaşlı hücumçusu İsveç Futbol Assosiasiyasının rəsmi saytına açıqlamasında milliyə dönməyi haqq etdiyini deyib:
“Milliyə keçmişimə görə deyil, indi komandaya verə biləcəklərimə görə çağırılmaq istəyirəm. 5, 10, 15 və ya 20 il əvvəl kim olduğum önəmli deyil. Hazırda fərqli oyun tərzim və hazırlığım var, yüksək səviyyədəyəm. Adım Zlatan olduğu üçün deyil, komandaya xeyir verə biləcəyim üçün heyətdəyəm. Buna layiq olduğumu düşünürəm”.
Qeyd edək ki, Zlatan İbrahimoviç 2016-cı ildəki Avropa çempionatından sonra milli karyerasını başa vurmuşdu.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin