Putindən Baydenə: “Ona sağlamlıq arzulayıram”

14

“Amerikalı həmkarıma nə cavab verim? Mən ona istehzasız və zarafatsız sağlamlıq arzulayıram”.

yasamal.tv report.az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Cozef Baydenə cavab olaraq deyib.

“Uşaqlıqda həyətdə oynayanda bir-birmizlə mübahisə edərkən deyərdik: “Adımı sənə qoyum, səni yana-yana qoyum”. Bu, təsadüfü deyildi. Bu, adi uşaq deyimi və zarafatı deyildi. Bunun dərin psixoloji mənası var. Biz həmişə başqa adamda öz keyfiyyətlərimizi görürük. Fikirləşirik ki, o da bizim kimidir”, – Rusiya prezidenti vurğulayıb.

V.Putin qeyd edib ki, hər xalqın tarixində çoxlu dramatik və qanlı hadisələr var: “Ancaq biz başqalarını dəyərləndirəndə, yaxud başqa dövlətə, başqa xalqa qiymət verəndə biz həmişə sanki güzgüyə baxırıq”.

O, ABŞ-da çoxlu sayda dürüst və layiqli insanın olduğunu, Rusiyanın onlara etibar edəcəyini söyləyib. V.Putin bildirib ki, Rusiya ABŞ-la özünə sərfəli şərtlərlə işləyəcək.

15:39

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Cozef Baydenə cavab verib.

“Mən ona “sağlam ol” deyərdim. Başqa insanları və ölkələri dəyərləndirməzdən əvvəl güzgüyə baxmaq lazımdır. Adımı sənə qoyum, səni yana-yana qoyum”, – V.Putin bildirib.

Qeyd edək ki,C.Bayden ABC telekanalına müsahibəsində bildirib ki, V.Putin 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkisinə müdaxilə edib və bunun qarşılığını ödəyəcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin