Çempionlar Turu: Bu gün yarımfinalçılar müəyyənləşəcək

14

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində bu gün 1/4 finalın 2-ci görüşləri keçiriləcək.

yasamal.tv-ın məlumatına görə, bununla da “Magnus Carlsen Invitational” adlanan yarışda yarımfinalçılar müəyyənləşəcək.

1/4 final mərhələsinin ilk günündə Karlsen Ermənistan təmsilçisi Levon Aronyana, ABŞ-dan olan Uesli So FIDE bayrağı altında mübarizə aparan Alireza Firuzcaya qalib gəlib. Yan Nepomnyaşi (Rusiya) – Hikaru Nakamura (ABŞ) və Maksim Vaşye-Laqrav (Fransa) – Aniş Giri (Niderland) qarşılaşmaları isə heç-heçə ilə yekunlaşıb – 2:2.

Bugünkü qarşılaşmalardan sonra cütlüklər arasında bərabərlik qeydə alınarsa, 2 blits partiya və ehtiyac yarandıqda armageddon oynanılacaq.

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov turnirin təsnifat mərhələsində mübarizəni dayandırıblar.

“Magnus Carlsen Invitational”

1/4 final, 2-ci görüşlər

Maqnus Karlsen (Norveç) – Levon Aronyan (Ermənistan)

İlk görüş – 2,5:0,5

Yan Nepomnyaşi (Rusiya) – Hikaru Nakamura (ABŞ)

İlk görüş – 2:2

Uesli So (ABŞ) – Alireza Firuzca (FIDE)

İlk görüş – 2,5:0,5

Maksim Vaşye-Laqrav (Fransa) – Aniş Giri (Niderland)

İlk görüş – 2:2

Qeyd edək ki, “Magnus Carlsen Invitational” Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə “Report” İnformasiya Agentliyinin feysbuk və yutub səhifələrində canlı yayımlanır.

Xatırladaq ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq. Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə 3-cü yerin sahibi olub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin