ABŞ Prezidenti Co Bayden bu yaxınlarda Meksika sərhədində qanunsuz immiqrasiya böhranı ilə bağlı sualları cavablandırıb.
yasamal.tv xəbər verir ki, o, bu barədə Pensilvaniya ştatına səfəri zamanı “ABC News”a müsahibə verib:
“Mən açıq şəkildə immiqrantlara bu mesajı verə bilərəm: buraya gəlməyin. Şəhərinizi, qəsəbənizi və ya cəmiyyətinizi tərk etməyin”.
Bayden ölkəyə gələn bir çox qeyri-qanuni immiqrantı geri göndərdiklərini bildirib.
ABŞ lideri Meksika sərhədindəki vəziyyətin pisləşmə ehtimalını istisna etməyib.(oxu.az)