“Qəbələ”nin legioneri 3 oyunluq cəzalandı

12

AFFA İntizam Komitəsi “Qəbələ”nin futbolçusu Merab Giqaurini 3 oyunluq cəzalandırıb.

yasamal.tv xəbər verir ki, buna səbəb gürcüstanlı oyunçunun Premyer Liqanın XX turunda “Zirə” ilə 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmada “təcavüzkar davranış”a görə birbaşa qırmızı vərəqə almasıdır. Əyalət təmsilçisi buna görə 2400 manat məbləğində cərimələnib.

“Zirə” klubu isə 800 manat ödəməli olacaq. Qəsəbə təmsilçisinin 4 futbolçusu həmin görüşdə sarı vərəqə alıb.

Komitə “Səbail”ə də eyni cəriməni tətbiq edib. Komandanın 4 üzvü “Neftçi”yə 0:4 hesabı ilə uduzduqları qarşılaşmada sarı vərəqə görüb. (report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin