Paşinyanın daha bir adamı istefa verib

9

Ermənistanın paytaxtı Yerevanın Ağsaqqallar Şurasının sədri Arpenik Marutyan istefa ərizəsi yazıb.

yasamal.tv xəbər verir ki, bunu şuranın martın 16-da keçirilən iclasında Yerevanın meri Hayk Marutyan məlumat verib.

“Onun mandatı Arman Babacanyana ötürülüb”, – mer bildirib.

Xatırladaq ki, Ağsaqqallar Şurasında “Mənim Addımım” fraksiyasının üzvü olan Arpenik Marutyan ermənilərin qondarma soyqırımla bağlı yaratdıqları muzeyin direktoru Arutün Marutyanın qızıdır. (report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin