Vaan Badasyan: “Paşinyanı çox pis sonluq gözləyir”

10

“Növbədənkənar seçkilər manipulyasiyadır. Nikol Paşinyan rəqiblərini sıradan çıxarmaq istəyir. Yəni istəyir ki, daimi olaraq Baqramyana toplaşıb mitinq edənlər oradan uzaqlaşsınlar”.

yasamal.tv xəbər verir ki, bunu keçmiş qondarma rejimin nümayəndəsi Vaan Badasyan Ermənistan mətbuatına açıqlamasında deyib.

“Şəxsən onun sonu çox pis olacaq”,- Badasyan baş nazir Nikol Paşinyan haqqında bildirib.

Qeyd edək ki, Qarabağ müharibəsinin iştirakçısı olmuş “Birləşmiş Ermənistan” partiyasının rəhbəri Vaan Badasyan bundan əvvəl Nikol Paşinyanı ölümlə hədələmişdi. (virtualaz.org)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin