Kredit kartları ilə alış-veriş narkotik kimi asılılıq yaradır

10

ABŞ-ın dünyaca məşhur Massachusetts Texnologiya İnstitutunun apardığı bir araşdırmada, kredit kartlarının, necə xərclənməsindən asılı olmayaraq, beyində uyuşdurucu dərmanlara bənzər kimyəvi reaksiya oyatdığı və bu vəziyyətin istifadəçilərdə asılılıq yaratdığı müəyyən olunub.

yasamal.tv xəbər verir ki, tədqiqatçılar, fərqli növdə kartların fərqli istəklərə təhrik etdiyini, məsələn, restoranlarda və tətillərdə istifadə olunan kartların yanacaq almaq üçün istifadə olunan kartlardan daha çox pul xərcləmək istəyi yaratdığını tapıblar. Bu tədqiqata alış-veriş zamanı şəxsi kredit kartları və nağd pul istifadə edən iştirakçılar cəlb olunub.

Araşdırmada, koronavirus epidemiyası dövründə nağd alış-verişin azalmasına görə təmassız ödəməyə üstünlük verilməsinin bu reaksiyanı daha da artırdığı qeyd olunub. (AzPolitika.info)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin