ATƏT sədri: “Minsk Qrupunun fəaliyyətini dəstəkləyirəm”

11

“ATƏT-in işi təhlükəsizlik prioritetlərinə sadiq qalmaqdır”.

yasamal.tv oxu.az-a istinadən xəbər verir ki, bunu ATƏT sədri Ann Linde Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyir. A.Linde qeyd edib ki, ATƏT-in Minsk Qrupunun işi uzunmüddətli sülhün yaranmasına yönəlib.

ATƏT sədri ümid etdiyini bildirib ki, Azərbaycanla Ermənistan arasında əsirlərin mübadiləsi davam etdiriləcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin