Azərbaycanda saxta pul nişanlarının sayı azalıb

11

2020-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 628 ədəd (29 523 manat) saxta pul nişanı aşkarlayaraq tədavüldən çıxarıb və hüquq mühafizə orqanlarına təqdim edib ki, bu da 2019-cu illə müqayisədə 30 % azdır.

yasamal.tv xəbər verir ki, ötən il üzrə tədavüldə olan hər 425 000 ədəd kağız pul nişanına 1 ədəd saxta pul nişanı düşüb ki, bu da beynəlxalq təcrübə ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır (Avrozonada hər 59 min ədədə – 1 ədəd, Rusiya üzrə hər 143 min ədədə – 1 ədəd). Saxtakarlığa qarşı mübarizə çərçivəsində AMB-nin istifadəyə verdiyi “Saxta Pul nişanlarının Monitorinqi Sistemi” vasitəsilə bu sistemə inteqrasiya olunmuş hüquq mühafizə orqanları ilə operativ informasiya mübadiləsi təmin edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin