Azad olunmuş ərazilərdə fəaliyyət üçün 409 şirkət müraciət edib

10

İşğaldan azad olunmuş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə fiziki və hüquqi şəxslər tərəfindən indiyədək 409 müraciət daxil olub.

yasamal.tv xəbər verir ki, bu İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclasında qeyd olunub.

Bu müraciətlərin 104-ü (25%) ticarət və xidmət, 93-ü (23%) sənaye, 69-u (17%) kənd təsərrüfatı, 70-i (17%) tikinti, 34-ü (8%) turizm, 5-i (1,2%) təhsil, 1-i (0,2%) nəqliyyat və logistika və 33-ü (8,5%) isə digər sahələri əhatə edir. Həmin müraciətlərdən 53-ü 12 xarici ölkəni (əsasən Türkiyə, Rusiya, Pakistan, Macarıstan, Qazaxıstandan olmaqla) təmsil edən şirkətlər tərəfindən təqdim edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin