Türkiyə klubunun yeni baş məşqçisi bəlli oldu

10

Türkiyənin “Gənclərbirliyi” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

yasamal.tv xəbər verir ki, Superliqa təmsilçisinin sükanı arxasına Özcan Bizati gətirilib.

53 yaşlı mütəxəssis bu vəzifədə 2 gün öncə istefaya göndərilmiş Mehmet Altıparmakı əvəzləyib. Onunla cari mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, “Gənclərbirliyi” ölkə çempionatında 27 turdan sonra 21 xalla sonuncu – 21-ci pillədə qərarlaşıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin