YAP-ın Qadınlar Şurası ləğv edilib

11

Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası ləğv edilib.

yasamal.tv-ın report.az-a istinadən məlumatına görə, bununla bağlı partiyanın qurultayında qərar qəbul edilib:

“Yeni qərarla isə ayrıca bir şöbə yaradılacaq. Həmin şöbənin adının nə olacağı isə hələlik məlum deyil”.

Qeyd edək ki, YAP-ın Qadınlar Şurasının sədri Nurlana Əliyeva idi. O, Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsində çalışır.

Xatırladaq ki, YAP-ın VII qurultayı martın 5-də keçirilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin