“Qalatasaray” futbolçusu Yunes Belhanda ilə yollarını ayırıb.
yasamal.tv fanat.az-a istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin sözləşməsi tək tərəfli ləğv edilib.
“Sarı-qırmızılar” Belhandanın klubun imicinə xələl gətirən açıqlamalar verdiyini bildirib. Klub sözləşmənin haqlı səbəbdən ləğv olunduğunu vurğulayıb.
Qeyd edək ki, Yunes Belhanda 2017-ci ildən “Qalatasaray”da çıxış edib. O, iki dəfə Türkiyə Super Liqasının qalibi olub. Futbolçunun müqaviləsi yayda başa çatmalı idi.