Tələbələri daşıyan avtobus aşdı: 2 ölü, 27 yaralı

11

Türkiyənin Batman şəhərinin Sason rayonunda tələbələrlə tekstil fabriki işçilərini daşıyan avtobus 300 metrlik uçurumdan aşıb.

yasamal.tv qafqazinfo.az-a istinadən xəbər verir ki, səhər saatlarında baş verən qəza nəticəsində 2 nəfər həyatını itirib, 5-i ağır vəziyyətdə olmaqla 27 nəfər yaralanıb. Həlak olan iki nəfərin qardaş və tələbə olduqları müəyyən olunub.

Hadisə yerinə təcili yardım və xilasetmə qrupları cəlb olunub. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin