Azərbaycanda “Təhsil-Tələbə Krediti Fondu” yaradılır

11

2021-ci ildə “Təhsil-Tələbə Krediti” sisteminin yaradılması nəzərdə tutulub.

Milliribuna.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında bildirilib.

Sənəddə qeyd edilib ki, bu məqsədlə 2021-ci il üçün təsdiq edilən dövlət büdcəsindən 80 milyon manat vəsait nəzərdə tutulub. Sistemin hüquqi təminatı üçün Təhsil Nazirliyi tərəfindən “Təhsil-Tələbə Krediti Fondu”nun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Prezidentinin fərmanının layihəsi hazırlanıb və hazırda razılaşdırılma mərhələsindədir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin