“Tezliklə cavab sanksiyaları ilə ABŞ-ı “məmnun” edəcəyik” – Zaxarova

10

Moskva tezliklə ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi son sanksiyalara cavab verəcək.

yasamal.tv xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Onların (ABŞ-ın) indi necə davrandıqlarını, bütün bu siyahıları bir anda necə yayımladıqlarını nəzərə alsaq, tezliklə biz də onları məmnun edəcəyimizi düşünürəm. İş gedir. Düşünməyin ki, bu barədə danışmırıqsa, proses aparılmır”, – deyə XİN rəsmisi əlavə edib.

Zavarova, həmçinin vurğulayıb ki, tezliklə sanksiya tətbiq edilən şəxslərin siyahısı açılanacaq. (azvision.az)