Partiya sədri: “Partiyamız fəaliyyətini dayandırdı”

13

“Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayında hakim partiya qoşulmaq üçün müraciətlərə baxıldı və partiya sıralarına qəbul edildik. Biz də müharibədən sonra illərlə yaşadığımız həsrət hissinə son qoyan, Qarabağımızı bizə qaytaran, dünyada böyük nüfuza malik olan liderimizin rəhbərlik etdiyi ən güclü partiyanın sıralarına qoşulduğumuz üçün özümüzü xoşbəxt hiss edirik”.

yasamal.tv xəbər verir ki, bunu “Report”a açıqlamasında YAP-a qoşulmuş Azərbaycan Yurddaş Partiyasının sədri Gülayə Səfərova deyib.

“Düşünürəm ki, bundan sonra da fəaliyyətimizi YAP sıralarında davam etdirəcəyik. YAP güclü partiyadır və bizim qoşulmağımızla da siyasi arenada güc nümayiş olunacaq. Hər şey daha yaxşı və gözəl olacaq. Ən əsası, cənab Prezident qoşulmaq istəyən partiyalara “evimizə xoş gəldiniz” dedi, çox gözəl qarşıladı. Düşünürəm ki, cənab Prezidentin rəhbərliyi altında əvvəllər də olduğu kimi yenə dövlətimizin, müstəqilliyimizin qorunub saxlanılması üçün əlimizdən gələni edəcəyik, – G.Səfərova deyib.

O əlavə edib ki, Yurddaş Partiyasının fəaliyyəti martın 1-dən dayandırılıb. Yurddaş Partiyasının keçmiş üzvləri hazırda YAP-ın üzvləridir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin