“Azərbaycan biznesi koronavirus (COVID-19) pandemiyasından sonrakı bərpa dövrünə daxil olur”.
yasamal.tv xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.
“İlin 2 ayının yekunları ürəkaçandır. İlkin məlumata əsasən, vergi daxilolmaları proqnozlara nisbətən 118,7 % icra olunub. Qeyri-neft-qaz sektorundan əlavə daxilolmalar 84,7 milyon manat təşkil edib”, – nazir qeyd edib. (report)