Bu gün Avropa Liqasında 1/16 final mərhələsi başa çatıb.
yasamal.tv xəbər verir ki, oyunlardan biri ötən gün keçirildiyindən, bu gün 1/8 finala qalan son 15 vəsiqənin sahibi müəyyənləşib.
İlk gündə “Tottenhem” İngiltərədə Avstriyanın “Volfsberger” komandasını 4:0 hesabı ilə məğlub etmişdi. İlk oyunda da 4:1 qalib gəlmiş London klubu ilk 1/8 finalçı olmuşdu.
“Qarabağ”ın yer aldığı A qrupunun lideri kimi pley-offa yüksəlmiş “Vilyarreal” səfərdə 2:0 hesabı ilə məğlub etdiyi “Zalsburq”la bu dəfə doğma meydanda üz-üzə gəlib və yenə qalib gələrək növbəti mərhələyə yüksəlib. “Makkabi” (Təl-Əviv) isə Ukraynada “Şaxtyor”la münasibətlərinə aydınlıq gətirib. Donetsk klubu bu oyundan da qalib ayrılıb və sürprizə imkan verməyib. Şotlandiyanın turnirdəki yeganə təmsilçisi “Reyncers” birinci dueldə yendiyi “Antverpen”i öz meydanında da udubsa, “Olimpiakos” PSV üzərində qazandığı zəfəri Niderlanddakı matçda sərfəli hesabla məğlub olaraq əldən verməyib.
İlk qarşılaşmada heç-heçəyə razılaşan London “Arsenal”ı ilə “Benfika” pandemiya səbəbindən cavab matçını Yunanıstanda keçirib. İngiltərə təmsilçisi çətin qələbə sayəsində 1/8 finala yüksəlib. “Milan” evdə “Srvena Zvezda”yla, “Mançeter Yunayted” isə “Real Sosyedad”la qarşılaşıb. İtaliya və İngiltərə nəhəngləri növbəti mərhələyə yüksəlib.
Avropa Liqası
1/16 finalın cavab oyunları
25 fevral
“Ayaks” (Niderland) – “Lill” (Fransa) 2:1 (ilk oyun – 2:1)
Qollar: Klaassen, 15. Neres, 88 – Y.Yazıçı, 78-pen.
“Şaxtyor (Donetsk, Ukrayna) – “Makkabi” (Təl-Əviv, İsrail) 1:0 (2:0)
Qol: Moraes, 67-pen.
“Napoli” (İtaliya) – “Qranada” (İspaniya) 2:1 (0:2)
Qollar: Zelinski, 3. F.Ruis, 59 – Montoro, 25.
“Hoffenhaym” (Almaniya) – “Molde” (Norveç) 0:2 (3:3)
Qollar: Andersen, 20; 90+5.
“Vilyarreal” (İspaniya) – “Zalsburq” (Avstriya) 2:1 (2:0)
Qollar: Moreno, 40; 89-pen – Berişa, 17.
“Reyncers” (Şotlandiya) – “Antverpen” (Beçlika) 5:2 (4:3)
Qollar: Morelos, 9. Patterson, 46. Kent, 55. Barişiç, 79-pen. İtten, 90+2-pen – Refaelov, 32. Lamkel, 57.
“Arsenal” (İngiltərə) – “Benfika” (Portuqaliya) 3:2 (1:1)
Qollar: Obameyanq, 21; 87. Tirni, 67 – Qonçalves, 43. R.Silva, 61.
“Brügge” (Belçika) – “Dinamo” (Kiyev, Ukrayna) 0:1 (1:1)
Qol: Buyalski, 83.
PSV (Niderland) – “Olimpiakos (Yunanıstan) 2:1 (2:4)
Qollar: Zahavi, 23; 44 – Koka, 88.
“Bayer” (Almaniya) – “Yanq Boyz” (İsveçrə) 0:2 (3:4)
Qollar: Siboçu, 48. Fassnaxt, 86.
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Krasnodar” (Rusiya) 1:0 (3:2)
Qol: Orsiç, 35.
“Roma” (İtaliya) – “Braqa” (Portuqaliya) 3:1 (2:0)
Qollar: Dzeko, 24. L.Peres, 75. Mayoral, 90+1 – Kristante, 88-öz qapısına.
“Lester Siti” (İngiltərə) – “Slaviya” (Çexiya) 0:2 (0:0).
Qollar: Provod, 49. Sima, 79.
“Milan” (İtaliya) – “Srvena Zvezda” (Serbiya) 1:1 (2:2)
Qollar: Kessye, 9-pen – Ben, 24.
“Mançester Yunayted” (İngiltərə) – “Real Sosyedad” (İspaniya) 0:0 (4:0)